Maide.az

Eldar Mahmudovun “Akula”sı İspaniyada həbs edildi

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslərdən biri olan iş adamı "Akula Akif” ləqəbli Akif Mustafayev həbs edilib.    Xəbər verilir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna cavab olaraq Akif Mustafayev İspaniya polisi tərəfindən ələ keçirilib.   Qeyd edək ki, A.Mustafayev oktyabrın 18-də - Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə, oradan da İspaniyaya getmişdi.   "Qafqazinfo”nun məlumatına görə,  Azərbaycan tərəfi ötən ilin dekabr ayından "Akula Akif”i "İnterpol” vasitəsilə qırmızı xətlə axtarışa vermişdi.   1955-ci il iyulun 18-də anadan olan Mustafayev Akif İsmayıl oğlunun "İnterpol”un saytında rüşvətxorluğa görə axtarıldığı qeyd olunub. (haqqin.az) /