Maide.az

Ekvadorda zəlzələ qurbanlarının sayı 40-ı keçdi - VİDEO

Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 41 nəfər ölüb.   Maide.az bildirir ki,  bunu ölkənin vitse-prezidenti Xorxe Qlas açıqlayıb. Onun sözlərinə görə, qurbanlarının sayı arta bilər.   Daha öncə 28 nəfərin öldüyü bildirilirdi.   Yeraltı təkanlar UTC vaxtı ilə 23:58-də qeydə alınıb. Zəlzələnin ocağı 20,2 km dərinlikdə yerləşib. Episentr Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə olub.   Ekvadorda  polis və hərbi qüvvələr hazırlıq vəziyyətinə gətirilib.  Sunami  təhlükəsi  var. Perunun şimal bölgəsindədə sunami xəbərdarlığı edilib. Son bir neçə gündə  Sakit okeanın o biri tərəfi Yaponiyada da güclü zəlzələlər baş verib.Yaponiyadakı zəlzələdə ən az  32 nəfər  həlak olub, yüzlərlə insan  həlak olub.