Maide.az

Ekvadorda donuz qripinə görə 84 nəfər həyatını itirib

Cənubi Amerika ölkəsi  Ekvadorda, ötən ilin noyabr ayından indiyədək 84 nəfər donuz qripindən həyatını itirib.      Maide.Az "cnnturk"-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, 1081 nəfərə isə donuz qripi diaqnozu qoyulub. 2.5 milyon nəfərə peyvənd vurulub .   Rəsmilərin bildirdiyinə görə, peyvənd vurulan şəxslər 65 yaşdan yuxarı  kişi və qadınlar, hamilə və 5 yaşdan aşağı uşaqlardır.     Nazirlik bildirib ki, donuz qripinə qarşı peyvənd ölkə boyu  insanlara vurulacaq.