Maide.az

Ekskursiya avtobusu aşdı - 34 turist öldü

  Tayvan adasında turistlə dolu ekskursiya avtobusu aşıb.   Trend-in məlumatına görə, içərisində 40-a yaxın turist olan avtobus Teybey şəhəri yaxınlığında aşıb.   Qəza nəticəsində ölən turistlərin sayı 34-ə çatıb. Ölənlərin 32-i yerində, 2-si isə daha sonra xəstəxanada dünyasını dəyişib.   Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Avtobusun aşdığı yolda hərəkət dayandırılıb.