Maide.az

Efiopiyanın ‘Bilal Həbəşi’ muzeyi İslami irs xəzinəsidir – FOTO

Peyğəmbərin (s) məşhur qaradərili azançısı Bilah Həbəşinin vətəni Efiopiyada onun adını daşıyan zəngin bir muzey fəaliyyət göstərir.   Maide.Az IQNA-a istinadla xəbər veri rki, muzey Efiopiyanın, İslam və müsəlmanların ən qədim və tarixi əsərləri və mədəni irsinin xəzinəsidir.   Qədim adı Həbəşistan olan Efiopiya xalqı Peyğəmbərin (s) dövründə  İslam dinini qəbul edən ilk xalq olub. İlk dəfə Peyğəmbərin (s) yaxın səhabələri bu ölkəyə hicrət edərək İslam dinin orada yaydılar.   Buna görə də, İslam və müsəlmanların tarixi binaları, mədəni və elmi irsi bu ölkədə zəngindir və Həbəşistanın paytaxtı Addis-Ababanın Ədr rayonunun "Məkanisa" adlnan ərazisində "Bilal Həbəşi" adını daşıyan muzey fəaliyyət göstərir.     Dörd əsas salondan ibarət olan muzeydə qədim əlyazma nüsxələri, saxsı qablar, qədim geyimlər, dini əşyalar, memarlıq əsərlərinin nümunələri, qədim məscidlərin tabloları, müsəlmanlara aid qədim məqbərələr, dini şəxsiyyətlər və hakimlərin rəsmləri yer alıb.