Edvard Snoudendən Facebook və Google xəbərdarlığı
ABŞ Mərkəzi Kəşfiyyatının sabiq əməkdaşı Facebook və Googledən istifadəyə dair xəbərdarlıq edib. Maide.az-ın Dicital jurnal xəbər portalına istinadən məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snouden verdiyi açıqlamasında facebook , google və Drap Boxs kimi virtual vasitələrdən istifadə etməməyi məsləhət görüb. O deyib ki, casusluğa məruz qalmamağın ən yaxşı yolu budur ki, bu vasitələrdən istifadə olunmasın. Snouden deyib ki, passwordu olan vasitələr və fərdi təhlükəsizliyin düşməni sayılan sosial şəbəkələrdən çəkinmək lazımdır. Qeyd edək ki, Edvard Snouden 2013-cü ildə Quardian qəzetində ifşa etdiyi sənədlərdə elan etmişdi ki, Amerikanın Casusluq Təşkilatları geniş şəkildə insanların şəxsi informasiyalarına nəzarət edirlər. /