Maide.az

Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin olunub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub. APA-nın əldə etdiyi məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.   İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.   DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.   Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub.   DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.   DTX-dan yeni təyinatların olduğu barədə məlumatı təsdiqləyiblər.