Maide.az

İŞİD və ən-Nusra birləşir

İngilis mediası İŞİD və ən-Nusra terroristlərinin Amerika liderliyində qurulan koalisiyaya qarşı birləşmək üçün müzakirələr başladığını yazır.   Maide.az-ın məlumatına görə, adının açıqlanmasını istəməyən bir ən-Nusra komandiri bildirib ki, hazırda heç bir qərar çıxarılmayıb, amma danışıqlar davam edir.    Suriyada baş tutan görüşdə ümumi bir razılaşma əldə olunmasa da, "Guardian" xəbər agentliyinin yazdığına görə ən-Nusradan 70 nəfər İŞİD-ə qatılıb. Hazırda İŞİD-ə qatılmaq üçün yüzlərlə ən-Nusra üzvünün isə hazır olduğu bildirilir.    Ən-Nusranın Suriya nümayəndəsi Əbu Furas Suri açıqlamasında uzunmüddətli bir döyüşə girdiklərini, bu döyüşün illərlə davam edə biləcəyini, koalisiyada olan ölkələrə lazımlı qarşılığı verəcəklərini söyləyib.