Maide.az

`Duz heroindən daha çox insan ölümünə səbəb olur`

"İranda duz narkotik maddə olan heroindən daha çox insanların ölümünə səbəb olur". Bunu İran Səhiyyə Nazirliyinin Sağlamlığın İnkişafı üzrə Maarifləndirmə İdarəsinin rəisi Şahram Rəfifər deyib. Trend-in məlumatına görə, bu barədə İRNA xəbər verir. Ş.Rəfifər bildirib ki, ölkə əhalisinin böyük əksəriyyəti infarkt, insult və xərçəng xəstəliklərindən dünyasını dəyişir, bu xəstəliklərin hər üçünün başlıca səbəblərindən biri isə duzdur: “Ölkədə duzdan istifadə həddən artıq çox olduğu üçün hər 10 nəfərdən 3-də təzyiq problemi var”. Rəsmi statistikaya görə, İranda hər il 63 min nəfər xərçəng xəstəliyinə yoluxur, onların 46 mini vəfat edir. İran KİV-nin məlumatına görə isə, bu göstərici real yoluxma halları üçün 90-95 min, vəfat edənlər üçün isə 50-55 mindən çoxdur. Bundan əlavə, statistikaya əsasən, İranda ölüm hallarının 33-38 faizi ürək-damar xəstəlikləri ilə əlaqədardır. /