Maide.az

İŞİD Ukraynada

Ukraynada İŞİD yaraqlıları aktiv fəaliyyətə başlayıb.   Axar.az Unian-a istinadən xəbər verir ki, bu haqda məlumatı Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Vasili Qristsak yayıb.   Onun sözlərinə görə, İŞİD-in Ukraynadakı fəaliyyətinin genişlənməsinin qarşısını almaq üçün artıq ciddi tədbirlər görülür:   “Təəssüflə qeyd etməliyəm ki, son zamanlar İŞİD terror qruplaşmasının fəaliyyətinin aktivləşdiyini müşahidə edirik”.   Xatırladaq ki, bu yaxınlarda ölkə ərazisində aparılan istintaq tədbirləri nəticəsində İŞİD tərəfdarlarında silah-sursat aşkar edilib./