Maide.az

İŞİD terrorçu qruplaşmasının İraqın Cərf ən-Nəsr bölgəsinə hücumunun qarşısı alınıb

İŞİD terrorçu qruplaşması İraqın Babil şəhərinin Cərf ən-Nəsr bölgəsinə hücum reallaşdırıb. Bu barədə "Həşd Şabi" hərəkatı məlumat yayıb. Məlumatda vurğulanır ki, hücum zamanı 1 "Həşd Şabi" üzvü şəhid olub və bəzi döyüşçülər də yaralanıblar. Hazırda bölgədə İŞİD terrorçu qruplaşmasına qarşı geniş miqyaslı hərbi əməliyyata start verildiyi qeyd olunur. /eastnews.org/