İŞİD terrorçuları Suriyada 700 nəfəri edam edib
İraq Şam İslam Dövləti- İŞİD terror qruplaşması son iki həftə ərzində Suriyada 700 dinc insanı edam edib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, edam edilənlərin böyük əksəriyyəti “Əş-Şəitat” tayfasına məxsus olan sivil vətəndaşlardır. Qeyd edək ki, məlumatı hüquq müdafiə təşkilatı olan Suriya İnsan Hüquqlarının Monitorinq Qrupu yayıb. /