Maide.az

İŞİD terrorçularının daha bir komandiri məhv edilib

Babil Operativ Ordu Qərargahından bildiriblər ki, ötən gecə İraq Ordusunun Silahlı Qüvvələri Babil vilayətinin Cürf Əl-Səhər rayonunda terror təşkilatının Babil əmiri məhv edilib. Maide.az-ın məlumatına görə, məhv edilən terrorçu Mərvan Əl-Cənabi olub. "Silahlı Qüvvələrimizə İŞİD-in Babil əmirinin yerini müəyyən etmək müvəffəq olub. Bundan sonra o, xüsusi əməliyyatla zərərsizləşdirilib", - deyə qərargahdakı mənbə bildirib. Qeyd edək ki, son bir ayda İŞİD terrorçularının 10-dan çox komandiri məhv edilib. Öldürülən terrorçuların sayı isə yüzlərlədir.