Maide.az

İŞİD terror təşkiatı Fəllucədə 110 vətəndaşı qaçırdı

İraqda İŞİD terror təşkilatı Ənbar vilatənin Fəllucə şəhərində 110 vətəndaşı qaçıraraq, qarşıdurmaları dayandırmaq mövzusunda tayfalara təzyiq edir.    Maide.az-ın xəbərinə görə, Ənbar Vilayət Şurası Təhlükəsizlik Komitəsi üzvü Raci əl-İsavi bildirib ki, qaçırılanların əksəriyyəti 15-35 yaş arasındadır.    İsavi, "Terrorçular Fəllucədəki tayfaları qarşıdurmaların dayanmaması halında girovların hamısını öldürməklə təhdid etdi. Vətəndaşların qaçırılmasından sonra qarşıdurmalarda ciddi geriləmə müşahidə olunur. Hazırda tayfa milisləri yalnız təşkilat terrorçularını sui-qəsdlə öldürmək üçün məhdud hücumlar təşkil edir" deyib.    İŞİD-in nəzarətindəki Fəllucədə sünni tayfaların təşkilata qarşı qiyamından sonra ciddi qarşıdurmalar baş vermiş, terrorçuların çoxunun öldürüldüyü və yaralandığı, tayfaların bəzi bölgələrinin İŞİD-in əlindən aldığı bildirilirdi.