İŞİD terror qruplaşması Amerikada
ABŞ polisi elan edib ki, İŞİD terror qruplaşmasını dəstəkləyən bir nəfəri həbs edib. Həbs olunan şəxs odlu silahla insanlara atəş açmaq istəyirmiş. Maide.az xəbər verir ki, 46 yaşlı Migoel Muran Diyaz insanları öldürmək istəyirmiş və onun bu planını ABŞ kəşfiyyatı aşkarlayıb və həbs olunub. O, İŞİD terror qruplaşmasını dəstəkləmək məqsədi ilə Əzizi əl – Həriri adı ilə facebok səhifəsi yaradıb və orada İŞİD-in təbliğatı ilə məşğul imiş. M.M. Diyaz, bundan öncə 2005-ci ildə narkotik maddələrin daşınması ittihamı ilə həbs olunub. /