İŞİD teroorçuları İran sərhədlərini keçməyə çalışıb
İŞİD terror qruplaşmasının üzvləri fevral ayında İran sərhədlərini keçməyə çalışıb. Bunu İran Silahlı Qüvvələrinin quru qoşunları komandiri briqada generalı Əhmədrza Purdəstan bu gün Ordu günü münasibəti ilə keçirdiyi mətbuat konfransında deyib. Maide.az xəbər verir ki, Ə.Purdəstan deyib ki, İŞİD terrorçularının partlayıcı kəmərləri olub, onların qarşısını elə sərhəddə quru qoşunları qüvvələri alıb. O, əlavə edib ki, 2 terrorçu sərhəddə məhv edilib. “Bu gün sərhədlərimzdə təhlükə yoxdur, lakin bəzi ölkələr terrorçular vasitəsi ilə bizim sərhədlərdə təhlükə yaratmaqda maraqıldırlar.” Ə.Purdəstan terrorçuların sayı və hansı sərhəddən kemələri ilə bağlı detalları açıqlamayıb. /