İŞİD Suriyada daha bir şəhəri ələ keçirib
İŞİD terror qruplaşmasının silahlıları Suriyanın qərbində yerləşən Əl-Qaryatayn şəhərini ələ keçiriblər. Suriyada İnsan Haqları üzrə Müşahidə mərkəzinin (SOHR) məlumatında belə deyilir. Məlumata əsasən, avqustun 5-də, səhər saatlarında şəhərin girəcəyində 3 terrorçu-kamikadze Suriya hökumət qoşunlarının nəzarət-keçid məntəqəsi qarşısında özünü partladıb. Bundan sonra şəhərə hücum başlayıb. Şiddətli döyüşlər zamanı 37 suriyalı hərbçi və 23 terrorçu həlak olub. SOHR qeyd edir ki, strateji əhəmiyyətli Əl-Qaryatayn silahlıların nəzarəti altında olan qədim Palmira şəhəri və Kalamun bölgəsi arasında yerləşir.