Maide.az

İŞİD silahlıları İraqda 200 dinc sakini girov götürüb

İŞİD terror qruplaşmasının silahlıları İraqın Kərkük vilayətində 200 dinc sakini girov götürüb.   Maide.az-ın verdiyi məlumata görə, hadisə əz-Zab rayonunda baş verib.   Girov götürülənlər İraq təhlükəsizlik qüvvələri ilə əməkdaşlıqda təqsirli bilinirlər.   Qeyd edək ki, bir müddət əvvəl İraqın hökumət qüvvələri yerli özünümüdafiə birləşmələri ilə birgə İŞİD-in Kərkükdəki mövqelərinə hücum edərək 50-dək yaşayış məntəqəsini terrorçulardan təmizləyib.