Dron 132 sərnişini olan təyyarəyə çırpıldı
London polisinin məlumatına görə, pilotsuz təyyarə (drone) göyərtəsində 132 sərnişini və 5 ekipajı olan “British Airways” aviaşirkətinə məxsus təyyarəyə çırpılıb. Maide.az xəbər verir ki, Airbus A320 tipli təyyarənin pilotu hadisədən sonra təyyarəni London Heathrow hava limana endirib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Pilotsuz təyyarə sərnişin təyyarəsinin qabağına çırpılıb. Hazırda araşdırmalar aparılır.