Maide.az

Dörd ayda inflyasiya 3,5 faiz olub

2018-ci ilin dörd ayında istehlak malları və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artıb.   Maide.Az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.   O cümlədən ərzaq məhsullarının qiymətləri 3,7%, qeyri-ərzaq mallarının qiymətləri 4,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,8 faiz bahalaşıb.