Maide.az

İŞİD İraq ərazisinin 14 faizini tutur

İraq deyir ki, İŞİD terror qruplaşmasının tutduğu ərazinin üçdə ikisini geri ala bilib.   Maide.Az xəbər verir ki, Vaxtilə İraq torpaqlarının 40 faizi İŞİD-in əlində idisə, indi cəmi 14 faizi qalıb, bunu hökumətin sözçüsü Saad al-Hadithi mayın 11-də deyib.   İraq ordusu könüllü qüvvələr, eləcə də kürd peşmərgə qüvvələrin köməyi ilə bu bölgələri geri qaytara bilib.   Ər-Rəmadi, Tikrit və Bici ötən il ordu, könüllü qüvvələrin əməkdaşlığı ilə azad olunan İraqın önəmli şəhərlərindəndir.   Həmçinin İraqda İŞİD-in işğalında olan bölgələrin geri qaytarılması ilə yanaşı, İŞİD terro qruplaşmasının neft qaçaqmalçılığı və ya bankların qarət edilməsi ilə əldə etdiyi maliyyə gəlirləri azalıb.