Maide.az

Dominikanda 9 nəfər sel qurbanı olub

   Dominikan Respublikasında güclü yağış və fırtına nəticəsində 9 nəfər ölüb.   Nagua şəhərində elektrik xətləri qırılıb və bir avtobus yanıb. 6 nəfər ölüb, 12 nəfər yaralanıb.   Samana yarımadası yaxınlığında batan qayıqda 3 nəfər həyatını itirib. Daha 4 nəfər itkin düşüb.   Fırtına hələ davam etdiyi üçün dəniz səviyyəsinə yaxın bölgələrdə sel olacağı haqda xəbərdarlıq yayılıb. (azadliq.org) /