Dolların sabahki qiyməti açıqlandı – MƏZƏNNƏ
07.10.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6036 səviyyəsində müəyyən olunub. Bu barədə Maide.Az-a Mərkəzi Bankdan bildirilib. Oktyabrın 6-da USD/AZN rəsmi məzənnəsi 1,6036 manat səviyyəsində olub. Qeyd edək ki, bu ilin 11 Mart tarixində rəsmi USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, 25 May tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü.