Maide.az

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

  Oktyabr ayının 11-də  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan banklar  “Amrahbank”, “Bank BTB” və “Unibank”dır. Fins.az  xəbər verir ki, hər 3 bank Amerika valyutasını 1.5900 manata alır.   Dollar qiymətləri  Dolları ən aşağı qiymətə alan bank  isə adətən olduğu kimi “Yapı Kredi Bank” dır. Bu bankda alış qiyməti 1.5370 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Günaybank”, “Amrahbank” və “Bank BTB”dədir. Bu banklar  dolları 1.6000 manata satır. Dolların ən yüksək satış qiyməti isə 1.6646 manatdır. “Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.   Avro qiymətləri  Avronu ən baha  “Amrahbank”  alır –1.7670 manat.Avronun ən ucuz götürüldüyü bank  isə “Yapı Kredi Bank”dır -1.7110  manat. Avronu ən ucuz “Amrahbank”  satır-1.7830 manat. Avronun ən baha satış qiyməti 1.8627 manat təşkil edir.“Kapital Bank” avronu  bu məzənnə ilə satır.  /