Maide.az

Dünyanın ən kiçik məscidi - VİDEO

Hindistanın Telanqana əyalətində yerləşən “Mir Məhəmməd Şah “ məscidi dünyanın ən kiçik məscididir.    Maide.Az xəbər verir ki, 400 illik tarixə malik olan bu məsciddə eyni zamanda 5 nəfər namaz qıla bilər.    Bu məscid Hyderabad şəhərinin Bağ bölgəsində  bir təpədə yerləşir və sahəsi yalnız 10 kvadratmetrdir.    Məscidin Aurangzeb (Hindistanın 6-cı Gurxa imperatoru, 1067 - 1118) əmri ilə inşa edildiyi bildirilir.    Yalnız bir qövs və iki minarəsi olan daşdan tikilən bu məscid o qədər kiçikdir ki, eyni vaxtda beş nəfərdən çox namaz qıla bilməz.    Bu məscid uzun müddət baxımsız qaldığı üçün bəzi hissələri  dağılıb.