Maide.az

Dünyanın ən güclü pasportlarını müəyyənləşib

2020-ci ilin Pasport İndeksi açıqlanıb. Bu indeks dünyanın ən güclü pasportlarını müəyyənləşdirir. İndeksin əhatələdiyi 199 pasportun 193-ü BMT üzvü olan ölkələr, 6-sı ərazilərdir.   Pasport İndeksini "Arton Capital" şirkəti hazırlayır. Viza qaydalarına dəyişiklik edildikcə, yenilənir.   Pasportlar ümumi mobillik balı üzrə dəyərləndirilir.   Dünyanın ən güclü pasportu Yeni Zelandiyaya məxsusdur, bu ölkənin mobillik balı 129-dur.   İkinci yeri 128 bal yığmış Almaniya, Avstriya, Lüksemburq, İsveçrə, İrlandiya, Yaponiya, Cənubi Koreya, Avstraliya tutur.   Azərbaycan pasportu 61 balla 49-cu yerdədir.   Pasportun gücü vizasız gedilən ölkələr deməkdir. /azadliq.org/