Maide.az

Dünyanın ən böyük Nəhcül-bəlağə kitabı bu ölkədə saxlanılır - FOTO

Dünyanın ən böyük Nəhcül-bəlağə kitabı və 34 nadir əlyazması  Hindistanın  “Nur” mikrofilm beynəlxalq mərkəzində  saxlanılır.    Maide.Az “iribnews”a istinadla xəbər verir ki, bu mərkəzdə dünyanın bir çox ölkəsindən o cümlədən İran, Yəmən, Şam və digər ölkələrdən 8-ci ərsə qədər tarixi olan əlyazma Nəhcül-bəlağə nüsxələri toplanıb.    Mərkəz toplanmış əlyazma Nəhcül-bəlağə kitablarının surətini əlyazma ilə çoxaldıb və dünyanın müxtəlif ölkələrinin milli kitabxanalarına  təqdim etməyi planlaşdırır.   Mərkəzdə həmçinin  Nəhcül-bəlağənin  70 metr uzunluğunda 18 santimetr enində  tumar (bükülü kağız)  formasında əlyazması mövcuddur.