Maide.az

Dünyanın ən təhlükəli şəhərlərinin adları açıqlanıb

Meksikanın "İctimai təhlükəsizlik və cinayət ədliyyəsi üzrə vətəndaş şurası" qeyri-hökumət təşkilatının ekspertləri 2017-ci il üzrə dünyanın ən təhlükəli şəhərlərinin reytinqini hazırlayıblar.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, reytinqdə ilk pillədə Meksikanın Los-Kabos şəhəri qərarlaşıb. İkinci pillədə Venesuelanın paytaxtı Karakas, üçüncü pillədə isə Meksikanın Akapulko şəhəri qərarlaşıblar.   Reytinqə cəmi 50 şəhər düşüb. Siyahıda ən çox yer alan Braziliya və Meksika şəhərləridir - 17 və 12.