Maide.az

Dünyanın ən balaca raketinin kosmosa buraxılışı baş tutmayıb

Yaponiyanın JAXA aerokosmik agentliyi dünyanın ən kiçik raket daşıyıcısının buraxılmasını hələlik məlum olmayan səbəblərdən təxirə salıb. Raketin buraxılması saat 08:48-ə (Bakı vaxtı ilə 03:48) təyin olunmuşdu və canlı yayla yayımlanırdı, lakin nəzərdə tutulan starta bir neçə dəqiqə qalmış işə salınma təxirə salınıb.    Raketin hündürlüyü 9,5 metr, diametri 50 santimetr, çəkisi - 2,6 ton təşkil edir. JAXA-nın məlumatına görə, dünyanın ən kiçik raket daşıyıcısı olan SS-520-4 orbitə süni peyk çıxarmaq qabiliyyətinə malikdir. Yer səthinin müşahidəsini aparacaq peykin ölçüləri azdır : çəkisi 3 kiloqram, parametrləri 11,66 x 11,6 x 34,6 sm.   Raket daşıyıcısı və peykin ölçüləri onun hazırlanması və işə salınması üçün xərcləri on dəfə azaltmağa imkan verib. Məbləğ cəmi 400 milyon iyen (təxminən 3,47 milyon dollar) təşkil edib.   RT-saytı raketin buraxılışının təxirə salınmasına səbəbin güclü külək olduğunu qeyd edib. (islaminsesi) /