Dünyanın ən uzun və ən dərin tuneli -VİDEO
Dünyanın ən uzun və ən dərin tuneli İsveçrədə istifadəyə verilib. Maide.Az xəbər verir ki, bu tunelin uzunluğu 57 kilometrdir. Gotthard tunelinin tikintisi 17 il çəkib və tunelin tikintisinə 12 milyard dollar sərmayə qoyulub. Tunel Avropanın şimal və cənub dağlarının altında 2300 metr dərinlikdən keçir. Tuneldən qatarlar 57 kilometrlik yolu 17 dəqiqəyə yüksək sürətlə keçə biləcək. Gündəlik 260 yük qatarı və 65 sərnişin qatarı bu tuneldən keçir. (presstv)