Maide.az

Dünyanın ən böyük təyyarəsi Leypsiq aeroportunda yanıb

Almaniyanın Leypsiq şəhərinin aeroportunda dünyanın ən böyük təyyarəsi olan An-225 "Mriya" təyyarəsinin mühərriklərindən biri yanıb.   APA-nın "sachsen-fernsehen.de" saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə doqquz yağınsöndürmə heyəti cəlb olunub. Yanğının qarşısı 15 dəqiqə ərzində alınıb.   Məlumatda bildirilir ki, təyyarə Çiliyə uçmağa hazırlaşırmış.   1988-ci ildə SSRİ-də istehsalına başlanan reaktiv yük təyyarəsi olan An-225 "Mriya" dünyada ən böyük təyyarə hesab olunur. /