Maide.az

Dünyanın ən yaşlı adamı tapılıb – VİDEO

Beynəlxalq KİV-lərin məlumatına görə, İndoneziyada  dünyanın ən yaşlı adamı tapılıb.    Maide.Az xəbər verir ki,  bu yaşlı kişinin 145 yaşı olduğu bildirilir.  Mbaxa Qota adlı kişinin sənədlərində  doğum tarixi 31 dekabr 1870-ci il göstərilir.  M.Qota dörd arvadı və uşaqları ilə birlikdə yaşayır.    Nəvələrindən birinin dediyinə görə,  M.Qota  artıq 122 yaşından  dünyanı tərk etməyə hazırlaşır.  Bədəni həddən artıq zəifləyib,  çətinliklə gəzir, özü-özünü qidalandıra bilmir, gözləri görmür.    M.Qota uzun ömürlülüyün sirrini yalnız – səbrdə olduğunu deyir.  (World News)