Dünyanın ən yaşlı qadını müsəlmandır və Rusiyada yaşayır - FOTO
Dünyanın ən yaşlı qadını 120 yaşlı Tanzila Nasixanovadır ki, Rusiyanın Həştərxanşəhərində yaşayır. Maide.Az xəbər verir ki, T.Nasixanovanın adı Ginndesin rekordlar kitabında da 120 yaşlı qadın kimi qeydə alınıb. Yaşının çox olmasına baxamayaraq bu xanım sağlamdır və öz işlərini özü görür. O iki dəfə ailə həyatı qurub. İkinci ərindən 3 oğlu var. Onun 10 nəvəsi, 24 nəticəsi və iki nəbirəsi var. O, uzun ömürlülüyün səbəbi kimi həyata müsbət baxışı və sağlam qidalanmasını görsətrib. O, 1896 –cı ildə Qazi İslam kəndinə anadan olub.