Maide.az

Dünyanın ən yaxşı şəhəri yenə dəyişmədi

Avstraliyanın Melburn şəhəri artıq dördüncü dəfə dünyanın ən yaşana biləcək şəhəri seçilib.   Maide.az-ın məlumatına görə, "The Economist Intelligence Unit" tərəfindən dünyanın 140 şəhərində keçirilən sorğularda dünyanın ən yaşana biləcək şəhərləri seçilib. Avstraliyanın Melburn şəhəri bu il də 100 baldan 97,5-ni götürərək üst-üstə dördüncü dəfə birinci olub. Melburn şəhərini 97,4 balla Avstriyanın paytaxtı Vyana və 97,3 balla Kanadanın Vankuver şəhəri izləyir.    Siyahıda son sıranı isə 30.5 balla Suriyanın paytaxtı Dəməşq şəgəri tutub.