Dünya ölkələri Ramazana necə hazırlaşır?
Bir neçə gündən sonra müqəddəs Ramazan ayı başlayır. Artıq dünyanın əksər ölkələrində Ramazan ayına hazırlıq prosesi davam edir. Maide.Az xəbər verir ki, Avropa ölkələrində yaşayan müsəlmanlar Ramazanla bağlı posterlər hazırlayaraq şəhərdə hərəkət edən avtobusların üzərində reklam lövhələrinə bunu yerləşdirirlər. Həmçinin qonşu İran və Türkiyə də Ramazanla bağlı xüsusi proqramlar həyata keçirilir. Məscidlər, ziyarətgahlar və digər ibadət yerləri təmizlənir və müqəddəs ayda insanlara daha yaxşı xidmət göstərmək məqsədilə işlər aparılır. Bu arada Özbəkistan prezidenti Şəfqət Mirzəyev bu gün Ramazan ayı ilə bağlı xüsusi sərəncam imzalayıb. Sərəncamda dövlət idarələrinin Ramazan ayı boyunca aztəminatlı ailələrə yardımların gösətirlməsi nəzərdə tutulub. Birləşmiş Ərəb Əmirliklərində isə Ramazan ayı boyunca rəsmi olaraq iş saatları azaldılıb. Buna səbəb isə insanların isti havada daha az əziyyət çəkməsini təmin etməkdir.