Maide.az

Dünya çempionatının seçmə qrup mərhələsinin 9 oyunu keçiriləcək

  Portuqaliya Farer adalarında qonaq olacaq   Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində bu gün 9 oyun keçiriləcək.   Verilən məlumata görə, A, B və H qruplarında yer alan komandalar III tur çərçivəsində üz-üzə gələcəklər.  A qrupunda liderlərin görüşü baş tutacaq. 4 xalla ilk iki pilləni bölüşən Hollandiya və Fransa yığmaları Rotterdamda üz-üzə gələcək. Qalib komanda birinci pillədə mövqeyini möhkəmləndirəcək. Bu qrupun daha bir görüşünü mövqe baxımından əhəmiyyətli adlandırmaq olar. 4 xalı olan İsveç ondan 1 xal geri qalan Bolqarıstanı sınağa çəkəcək. Autsayderlərin qarşılaşmasında isə Belarus Luksemburqu qəbul edəcək.   B qrupunda çıxış edən sonuncu Avropa çempionu Portuqaliya Farer adalarının qonağı olacaq. İki oyundan 3 xal toplayan Kriştianu Ronaldunun komandası vəziyyətini yaxşılaşdırmaq üçün səfərdən qələbə ilə dönməlidir. Qrup lideri İsveçrə isə aktivində xal olmayan və sonuncu pillədə qərarlaşan Andorra yığması ilə qarşılaşacaq. H qrupunun liderləri səfər sınağına çıxacaqlar. Yunanıstan Estoniyanın, Belçika isə Cəbəllütariqin qonağı olacaq. Meydan sahibləri qalib gəlsə, Bosniya və Herseqovina bundan yararlanaraq, Kipr üzərindəki qələbə sayəsində qonaqların liderliklərinə şərik ola bilər.  (report) /     Dünya çempionatı, seçmə mərhələ, III tur 10 oktyabr A qrupu 22:45. Hollandiya - Fransa 22:45. İsveç - Bolqarıstan 22:45. Belarus - Luksemburq     B qrupu 22:45. Farer adaları - Portuqaliya  22:45. Latviya - Macarıstan 22:45. Andorra - İsveçrə     H qrupu 22:45. Bosniya və Herseqovina - Kipr 22:45. Estoniya - Yunanıstan 22:45. Cəbəllütariq - Belçika