Maide.az

Dünya çempionatının seçmə qrup mərhələsinin II turunun oyunları keçirilib

  2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin II turunun oyunlarına start verilib.    Verilən məlumata görə, gecədə 9 görüş baş tutub. Azarkeşlər D, G və İ qruplarında yer alan komandaların oyununu izləyiblər. Azərbaycanlı futbol azarkeşləri üçün daha çox maraqlı olan oyun İ qrupunda olub. Türkiyə doğma azarkeşlər önündə Ukrayna ilə münasibətlərinə aydınlıq gətirib. Hər 2 yığmanın ilk turda olduğu kimi, öz aralarındakı görüşü də heç-heçə nəticələnib. Türklər hesabda 2 top geridə olsalar da, əzmkarlıq nümayiş etdirərək bərabərliyə nail ola biliblər. Fatih Terimin komandasının növbəti turda qonağı olacağı İslandiya isə Finlandiya ilə ev matçında əzmkar qələbə qazana bilib. İslandlar 90-cı dəqiqədə bərabəlik qoluna, 6-cı uzatma dəqiqəsində qələbə topuna imza atıblar.   Gecənin digər maraqlı görüşü isə G qrupunda olub. Bu qrupun əsas oyununda İtaliya yığması İspaniyanı sınağa çəkib. Matçda qalib müəyyənləşməyib. Ümumiyyətlə, gün daha çox qonaqlar üçün uğurlu alınıb. Ən məhsuldar matç isə Kosovoda olub. Xorvatiya debütantı onun meydanında 6 cavabsız qolla məğlub edib. Qələbədə het-trik edən hücumçu Mario Mancukiç əsas pay sahibi olub. (report) /   Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur 6 oktyabr D qrupu 22:45. Avstriya - Uels - 2:2 Qollar: Marko Arnautoviç, 28, 48 - Jon Allen, 23, Kevin Vimmer, 45+1-öz qapısına Vyana. Ernst Happel stadionu   22:45. İrlandiya - Gürcüstan - 1:0 Qol: Semus Koleman, 56 Dublin. Aviva Stadionu   22:45. Moldova - Serbiya - 0:3 Qollar: Filip Kostiç, 20, Branislav İvanoviç, 37, Duşan Tadiç, 60 Kişinyov. Zimbru Stadionu Xal durumu: Uels - 4. Serbiya - 4. Avstriya - 4. İrlandiya - 4. Gürcüstan - 0. Moldova - 0.   G qrupu 22:45. İtaliya - İspaniya - 1:1 Qollar: Daniele DE Rossi, 82-pen - Viktor Vitolo, 55 Turin. "Yuventus" Stadionu   22:45. Makedoniya - İsrail - 1:2 Qollar: İliya Nestorovski, 63 - Tomer Hemed, 25, Tel Ben Haim II, 43 Qırmızı vərəqə: Eytan Tibi, 90+4 (ikinci sarı) 90+5-ci dəqiqədə Adis Yahoviç (Makedoniya) penaltidən dəqiq istifadə edə bilməyib. Skopye. Filip II Makedoniski adına milli stadion   22:45. Lixtenşteyn - Albaniya - 0:2 Qollar: Jahmir Huka, 9, Bekim Balaj, 71 Vadus. Reynpark Stadionu Xal durumu: Albaniya - 6, İspaniya - 4. İtaliya - 4. İsrail - 3. Makedoniya - 0. Lixtenşteyn - 0.   İ qrupu 22:45. Kosova - Xorvatiya - 0:6 Qol: Mario Mancukiç, 6, 24, 35, Matey Mitroviç, 65, İvan Perişiç, 83, Nikola Kaliniç, 90+2 Şkoder. Lore Boruçi Stadionu   22:45. İslandiya - Finlandiya - 3:2 Qollar: Kari Arnason, 37, Alfred Finnboqason, 90, Raqnar Siqurdsson, 90+3 - Teemu Pukki, 21, Robin Lod, 39 Reykyavik. Lauqardalsvyollur   22:45. Türkiyə - Ukrayna - 2:2 Qollar: Ozan Tufan, 45+1, Hakan Çalhanoğlu, 81-pen - Andrey Yarmolenko, 24, Artyom Kravets, 27 Konya. Konya Büyükşehir Belediyyesi Stadionu Xal durumu: Xorvatiya - 4. İslandiya - 4, Tükiyə - 2. Ukrayna - 2. Finlandiya - 1. Kosova - 1.