Maide.az

Dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşib

  Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşib.   Verilən məlumata görə, bunlar Paraqvay və Rusiya yığmalarıdır.   Paraqvay 1/8 finalda penaltilər seriyasında təşkilatçı ölkə millisini üstələyib - 3:2.   Növbəti mərhələdə rəqib Braziliya - İran görüşünün qalibi olacaq.   Rusiya isə Vyetnamı darmadağın edib - 7:0.   Qonşu ölkə yığması 1/4 finalda İspaniya - Qazaxıstan matçının qalibi ilə üz-üzə gələcək.   Qeyd edək ki, digər 1/8 final görüşlərində Argentina Ukraynanı, İtaliya Misiri, Portuqaliya Kosta-Rikanı, Azərbaycan isə Tailandı sınağa çəkəcək. (report) /