Maide.az

Dünya dillərinin qəribəlikləri

Bütün dünyada ümumilikdə 6 mindən artıq dil, o cümlədən müxtəlif dialektlər mövcuddur. Onların hər biri barədə maraqlı fakt söyləmək olar.   Maide.az bu faktlardan bəzilərini diqqətə çatdırır:   - Eston dilində ismin 14 halı var.   - Kambocada kximer əlifbası 76 hərfdən ibarətdir.   - Ərəb ölkələrində danışıq dili yazıdan xeyli fərqlənir. Məsələn, müxtəlif regionlarda danışıqlar fərqlənsə də, yazı Quran əlifbasına əsaslanır. Ərəb əlifbasını bütün Şimali Afrika ölkələrində, həmçinin bütün Ərəbistan yarımadasında oxuya bilirlər.   - Vyetnamda əsasən sedanq dilindən istifadə olunur. Bu dildə 50 sait var.   - Fransa ilə İspaniya arasındakı ərazilərdə yaşayan basklar yaxın ölkələrin dillərinə bənzəməyən və ümumiyyətlə heç bir hind-avropa dil ailəsinə aid olmayan bask dilində danışırlar.   - Çin yazısında heç bir durğu işarəsi yoxdur.   - Qafqazda 40 dil mövcuddur. Bu dillərə, həmçinin abxaz dili də daxildir. Abxaz dili cəmi iki saitə və 60 samitə malikdir.   - İndoneziya dilində sözün təkrarı cəm bildirir. Məsələn, “babi” donuz deməkdir, “babi-babi” isə donuzlar mənasını verir.   - Bir vaxtlar çox oxşar olan xorvat və serb dilləri eyni dil sayılırdı. Lakin xorvatlar latın, serblər isə kiril əlifbası ilə yazırlar. Maraqlıdır ki, bu xalqların dini əqidələri də müxtəlifdir.   - İngiltərədə fransız dili hələ 600 il bundan əvvəl rəsmi dil kimi tanınırdı.   - İllinoys ştatının qanunları danışıqda ingilis dilindən istifadəni qadağan edir. Bu ştatda rəsmi dil amerikan dili sayılır.