Dünyada korların sayı 3 dəfə arta bilər – XƏBƏRDARLIQ
Növbəti onilliklərdə dünyada korluqdan əziyyət çəkənlərin səviyyəsi indiki ilə müqayisədə 3 dəfə artacaq. Modern.az saytının məlumatına görə, bu haqda Lancet Global Health şirkətinin ekspertləri bildirib. Onlar proqnozlaşdırıb ki, əgər daha yaxşı müalicə üsulları tapılmasa 2050-ci ildə görmə qüsurlu insanların sayı 36 milyondan (hazırkı statistika) 115 milyona çatacaq. Hazırda isə korluq və görmə qabiliyyətinin pozulmasından əziyyət çəkən insanlar daha çox Cənubi Asiya və Afrikadadır. /