Maide.az

Dünyada ilk sürücüsüz taksi fəaliyyətə başladı

Sinqapurun “nuTonomy” şirkəti dünyada ilk sürücüsüz taksini xəttə buraxıb. “nuTonomy” şirkətinin pilotsuz avtomobil parkı hazırda 6 avtomobildən ibarətdir. Ancaq şirkət bu sayı 2016-cı ilin sonuna qədər 12 maşına qədər artırmağı planlaşdırır. 2018-ci ilə qədər “nuTonomy” Sinqapurdakı bütün taksiləri “Renault Zoe” və “Mitsubishi i-MiEV” markalı elektromobillərlə əvəz etmək niyyətindədir. İlkin mərhələdə sürücüsüz taksi xidməti şəhərin iş mərkəzinin 2,5 kvadrat mil ərazisində işləyəcək. (fins.az) /