Maide.az

Dünyada hər onuncu uşaq çətin şəraitdə işləməyə məcburdur

Beynəlxalq əmək təşkilatının hesabatına əsasən, bugünkü şəraitdə dünyada hər 10-cu uşaq işləmək məcburiyyətindədir.   Təşkilatın ekspertlərinin rəylərinə əsasən, uşaqların işlə məşğul olması onların istedadlarını azaldaraq, əqli və fiziki inkişafın qarşısını alır.   Hal-hazırda 5-17 yaş arasında olan 151,6 milyona yaxın uşaq və yeniyetmələr işə cəlb olunub. Onların yarısı 5-11 yaş arasında olan uşaqlardır. Daha 42 milyonu 12-14 arasında, 37 milyonu isə 15-17 yaş arasındadır.   Hesabata əsasən, 2000-ci ildə 245,5 milyon, 2004-cü ildə 222,2 milyon, 2008-ci ildə 215,2 milyon, 2012-ci ildə isə 167,9 milyon uşaq əmək fəaliyyətinə cəlb edilib.   Proqnozlara görə 2025-ci ildə əmək fəaliyyətinə cəlb edilən uşaqların sayı 121 milyona düşəcək və təhlükəli işlərə cəlb ediləcək uşaqların sayı 52 milyon olması ehtimal olunur. /deyerler.org /