Dünyada bitkilərdən hazırlanmış yeganə Quran
Dünyada Quranın yeganə, 30 il öncə türk həkim tərəfindən bitkilərdən düzəldilmiş nüsxəsi Dubayda tapılıb. Maide.az-ın məlumatına görə, otdan düzəldilmiş Quran 1957-1979-cu illərdə türk həkim Həmdi Tahiri tərəfindən hazırlanıb. Quran Yunan təbabəti üslubi ilə hazırlanıb. 200-ə yaxın komponentdən hazırlanmış Quran müalicəvi xüsusiyyətlərə malikdir, oxuyucuya onu vərəqləmək belə, tibbi cəhətdən xeyirlidir. İş burasındadır ki, otların faydası vərəqləyərkən dəriyə keçir, 7,5 kq cəkisi olan Quranın vərəqləri meyvə, yarpaq, bitkilərin kökü və qabığından hazırlanıb. İncəsət üzrə islam dini məsləhətçisi Abdul Əziz Bin Həsən Mulavi Malabari bildirib ki, " Ömrünü bu unikal Quranın yaradılmasına həsr etmiş, doktor Həmdi Tahirin bu əməyinin bizə çatması, bizim üçün böyük şərəfdir."//