Dünyada ən çox tank bu ölkədədir - Siyahı
Hazırda ən çox kapitalı olan ölkələr məhz ən çox silaha sahiblənən dövlətlərdir. Maide.Az "İslaminSesi"a istinadən xəbər verir ki, bu gün dünyada ən çox tank döyüş texnikasına sahib olan ölkə Rusiyadır. Kreml hökuməti nə az, nə çox, düz 15398 döyüş maşınına sahibdir. İlk üçlüyü isə müvafiq olaraq Çin və ABŞ tamamlayır. Çin 9151 tankla ikinci, ABŞ isə 8850 döyüş maşını ilə üçüncü pillədə qərarlaşır. İlk onluğu isə Hindistan (6464), Şimali Koreya (3500), Pakistan (3010), Misir (2540), Cənubi Koreya (2514), Türkiyə (2504) və Vyetnam (1800) tamamlayır.