Dünyada 3,7 milyon qaçqın uşaq təhsil almaqdan məhrumdur
BMT-nin hesabatı:Qaçqınların təhsildən kənar qalması riski dünya üzrə orta göstəricidən 5 dəfə atıqdır Dünyada 6 milyon məcburi köçkün uşağın 3,7 milyonu təhsil almaqdan məhrumdur. TASS-a istinadən xəbər verilir ki, bu məlumat BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının İdarəsinin yaydığı hesabatda vurğulanıb. Hesabata görə, məcburi qaçqın uşaqların 1,75 milyonu ibtidai sinfə, 1,95 milyonu isə orta məktəbə getmir: "Qaçqınların təhsildən kənar qalması riski dünya üzrə orta göstəricidən 5 dəfə atıqdır". İnformasiyaya əsasən, 2015-ci ilin sonunda dünya üzrə 65,3 milyon məcburi köçkün qeydə alınıb və qaçqın uşaqların yarısının təhsil almaq imkanı yoxdur. (report) /