Maide.az

Dünyada 1 terabaytlıq ilk SD yaddaş kartı təqdim edilib

  20-25 sentyabr tarixlərində Almaniyanın Köln şəhərində keçirilən “Photokina 2016” sərgisində “Western Digital” şirkəti tərəfindən dünyada 1 terabayt tutumunda ilk SD yaddaş kartı təqdim edilib.   “Dailycomm.ru” saytına istinadən xəbər verilir ki, “Western Digital” şirkətinin nümayəndəsi bildirib ki, daşıyıcı böyük yaddaş tələb edən məzmun (“4K” materiallar, panorama videosu, virtual reallıq və sairə) üçün gərəklidir.   "Bir neçə il əvvəl 1 terabaytlıq SD kart ideyası qəribə səslənirdi. İndi bu, reallığa çevrildi. Biz virtual reallıq kimi texnologiyalara tələbatın artması ilə yüksək keyfiyyətdə fasiləsiz videoçəkiliş üçün terabaytlıq daşıyıcılardan istifadə edə biləcəyik" – “Stargate Studios” şirkətinin direktoru və Amerika Kinematoqrafçılar Cəmiyyətinin üzvü Sem Nikolson deyib.   Terabaytlıq yaddaş kartının satışa çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur. (ictnews) /