Dünyada 13,5 milyon Fələstinli yaşayır
Dünyanın müxtəlif ölkələrində yaşayan Fələstinlilərin ümumi sayı 13,5 milyon nəfərə çatıb. Bu barədə “Zeytune” Tədqiqat və Məsləhət Mərkəzi yayımladığı hesabatda bildirib. Maide.Az “dunyabulteni”-nə istinadən xəbər verir ki, “Zeytune” Tədqiqat və Məsləhət Mərkəzinin Beyrut filialının hazırladığı “2016-2017 Fələstin Strateji Hesabatı”nın təqdimatı zamanı mərkəzin direktoru Muhəmməd Salih bildirib ki, artıq 10 ildən artıqdır ki, belə hesabat hazırlanır. “Hesabatın hazırlanması üçün 14 mütəxəssis çalışıb. 2018-ci ilin əvvəlinədək dünyanın müxtəlif ölkəlkərində yaşayan fələstinlilərin sayının 13,5 milyon nəfər olduğunu təxmin edirik”. O deyib ki, Fələstinlilərin təqribən yarısı (6 milyon 590 min nəfəri) Fələstində, qalanı isə kənarda yaşayır. Hesabatda Fələstinli qaçqınların hələ də dünyada ən böyük qaçqın toplusu olduğunu bildirən M.Salih bildirib ki, işğal altındakı Fələstin torpaqlarında Qərbi şəriyə və Qəzzada ümumilikdə 2 milyon 160 min fələstinli yaşayır.