Maide.az

Dünyada 120 milyondan çox insan kəskin aclıqdan əziyyət çəkir

Dünyada 120 milyondan çox insan kəskin aclıqdan əziyyət çəkir. Beynəlxalq təşkilatlar bunu 2030-cu ilə qədər aradan qaldırmağı düşünürlər.   Maide.Az "Axar.az"a istinadla xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli deyib.   “Bizim hədəfimiz 2030-cu ilə qədər aclığın bütün formalarına son qoymaqdır. Bütün dünyada 821 milyon insan aclıqdan əziyyət çəkir ki, bunun da 124 milyon nəfəri kəskin aclıqla üz-üzədir. Müharibələrin uzanması, yeni konfliktlərin alovlanması bizim ən böyük problemlərimizdir”, – deyə o bildirib.