Maide.az

Dünya birjalarında neftin qiyməti açıqlanıb

Dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar artaraq 45,69 dollar təşkil edib.   ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,37 dollar artaraq 46,86 dollar olub.      Azərbaycan nefti isə ucuzlaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,23 dollar və ya 0,49% azalaraq 47,04 dollar təşkil edib. (apa) /