Maide.az

Dünya bazarında neft 6 faizdən çox bahalaşıb

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 2,46 dollar yaxud 6,60% bahalaşaraq 39,72 dollar/barel təşkil edib.   "Brent" markalı neft isə 2,51 dollar və ya 6,37% bahalaşaraq 41,94 dollar/barelə bərabər olub.   Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 45 dollar/barel olacağı gözlənilir.